Slide 1

Biznesinizi Effektiv Şəkildə İdarə Edin

İş Prosesslərinizi Təkmilləşdirin və Əhəmiyyətli Vaxt Qazanın

Slide 2

Əsas iş proseslərinizi hər cihazdan rahatlıqla idarə edin.

Ofisdən uzaqda da olsanız, hər yerdə effektiv işləyin.

Slide 3

İş proseslərinizi təkmilləşdirərək vaxt və resursların idarəetməsini asanlaşdırır.

Real-vaxt məlumatlar və təhlil imkanları ilə daha doğru qərarlar ala bilərsiniz.

Müştəri tələblərinə daha sürətli cavab verərək müştəri təcrübəsinin yüksəkliyini təmin edir.

previous arrow
next arrow
corporative
Haqqımızda

Şirkətimiz 2011-ci ildə veb saytlarının yaradılması və veb dizayn sahəsində fəaliyyətə başlamışdır. 2021-ci ildən isə proqramlaşdırma və ERP sistemləri sahəsində xidmətlərimizi davam etdiririk. Qısa müddət ərzində, bir çox şirkət üçün əhəmiyyətli olan ERP xidmətimiz öz mövqeyini tapmışdır. Bu, böyük bir nailiyyətimizdir və biz, əldə etdiyimiz təcrübə və mütəxəssisliklə, bu nailiyyətin davamlılığını qoruyacağımıza inanırıq.

12

ildir ki, 

xİdmətİnİzdəyİk

100+

veb sayt üzrə

portfolİo

7

ERP

sistemi

Ətraflı

Niyə ERP?

Şirkətlər ERP (Enterpriz Resurs Planlama) sistemlərini bir neçə səbəbə görə istifadə etməlidirlər:

ERP sistemləri, şirkətin bir çox idarəetmə proseslərini birləşdirir və avtomatlaşdırır. Bu, satış, maliyyə, inventar, loqistika, insan resursları və s. kimi əsas funksiyaların təkmilləşdirilməsini təmin edir. Bu proseslərin daha effektiv və sürətli həyata keçirilməsi, şirkətin performansını artırır.

Şirkətin fərqli bölmələri arasında məlumatların birləşdirilməsi və paylaşılması əhəmiyyətli bir məsələdir. ERP sistemləri, məlumatların bir mərkəzdə toplanmasına imkan verir. Bu, şirkətin ümumi məlumat bazasının təmiz və doğru olmasını təmin edir və fərqli departamentlər arasında əlaqələrin sürətli qurulmasına kömək edir.

ERP sistemləri, şirkətin işgüzar proseslərini izləmək və analiz etmək üçün dəyərli məlumatlar təmin edir. Bu, şirkətin performansını qiymətləndirməyə, problemləri müəyyənləşdirməyə və effektivliklə bağlı təkmilləşdirmələr həyata keçirməyə kömək edir.

ERP sistemi, şirkətin resurslarını daha səmərəli və effektiv şəkildə idarə etməsinə imkan verir. Bu, inventarın optimal səviyyədə saxlanılmasını, satışların artırılmasını, maliyyənin effektiv şəkildə idarə olunmasını və s. kimi faydaları əhatə edir.

ERP sistemləri, şirkətin müştərilərə daha sürətli və keyfiyyətli xidmət göstərməsini təmin edir. Satış, müştəri xidməti və inventar prosesləri arasında daha yaxşı bir əlaqə qurmağa imkan verir.

 

inventory control

 

 

ERP-nin əsas xüsusiyyətləri

ERP (Enterprise Resource Planning) şirkətin bütün iş proseslərini birləşdirən və təkmiləşdirən və müxtəlif bölmələr arasında məlumatı bölüşdürən proqramdır.
Bu proqram vasitəsi ilə iş prosesləri avtomatlaşdırılır və şirkət rəhbərliyi məlumat analitikasıyla təmin edilir.

İş Proseslərinin İnteqrasiyası

Şirkətin fərqli bölmələrdən gələn məlumatların və əməliyyatların bir-biri ilə əlaqələndirir və birləşdirir. Bu inteqrasiya şirkətin bütün fəaliyyətlərini bütövlükdə idarə edir və təkmilləşdirir.

Müxtəlif Modullar

ERP sistemi müxtəlif modullardan ibarətdir və hər biri müəyyən bir iş sahəsinə xidmət edir. Bu modullar maliyyə, insan resursları, satış, təchizat, istehsalat kimi sahələri əhatə edir.

İnformasiyanın Tənzimlənməsi və Təhlükəsizliyi

ERP proqramı, məlumatları təhlükəsiz şəkildə saxlayır və tənzimləyir. İnformasiyanın qorunması, doğru işlənməsi və müvafiq proseslərin effektiv şəkildə idarə edilməsində köməklik edir.

İdarəetmə və Monitorinq

İş proseslərinin və əməliyyatlarının canlı nəzarət edilməsini və idarəetmə prinsipləri ilə əhatə olunan informasiyanın reallaşdırılmasını və analizini təmin edir. Monitorinq, şirkətin bütün əməliyyatlarını daha yaxşı nəzarət etməyə, effektivliyi artırmağa, problemləri aşkar etməyə imkan verir.

Müştəri və Təchizatçı İdarəetməsi

ERP sistemi müştərilər və təchizatçılar ilə əlaqələri idarə etmək üçün funksiyalar təmin edir. Bu, sifarişləri, təchizat təminatını və müştəri əlaqələrini asanlaşdırır.

Təhlükəsizlik və Səlahiyyətin verilməsi

İcazə və rollar vasitəsilə ilə istifadəçilərə yalnız tələb olunan məlumatlara və funksiyalara daxil olmağa icazə verilir. Bu, məlumatların təhlükəsizliyini təmin edir.

Kros-Platform Uyğunluq

Sistem mobil cihazlardan işləməsinə və İstifadiçilərin hər hansı bir yerdən, mobil cihazları (smartfon,planşet) vasitəsi ilə ofisdən kənar idarə etmək imkanını verir.

Hər Yerdən Giriş (İnternet Uyğunluğu)

İnternet sayəsində istifadəçilər hər hansı bir kənar yerdən sistemə giriş edə bilərlər. Bu vaxt itkisi və “Yer” tələblərinin qarşısını alır.

Ümumi Fəaliyyəti Artırmaq

İşin daha sürətli və səmərəli idarə olunmasına imkan verir. Bu, təşkilatlara böyük üstünlüklər yaradır.

Xüsusi raporların hazırlanması

Şirkətlərin fəaliyyətini təhlil etmək üçün lazım olan məlumatları cəlb edir və müxtəlif sahələrdə, məsələn, satış analizləri, maliyyə məlumatları, müştəri təhlilləri kimi, xüsusi raporların hazırlanmasında təyinatlıdır. 

APİ inteqrasiya

Daxili prosesləri avtomatlaşdırmağa və müştəri təcrübəsini təkmilləşdirməyə imkan verir. Bu inteqrasiya sayəsində məlumat mübadiləsi effektivləşir və iş prosesləri daha sürətli və təşkil edilmiş şəkildə həyata keçirilir.

 

 

Xüsusi modulların hazırlanması

Şirkətin özünəməxsus ehtiyaclarını qarşılayan xüsusi modulların hazırlanmasına imkan verir. Bu modullar, maliyyə, satış, inventar idarəsi və digər sahələrdə iş proseslərinin özəlliklərinə cavab verir və şirkətin fəaliyyətini daha səmərəli şəkildə idarə edilməsinə kömək edir.

ERP sistemlərinin tətbiq sahələri

ERP sistemləri müxtəlif iş sahələrində geniş tətbiq edilir. Bu sahələrdə təhlükəsizlik, effektivlik və maliyyə performansının təkmilləşdirilməsi kimi faydalar əldə edilir

Techcircle 293

Ticarət və Distribusiya

Satışların idarə edilməsi, sifarişlərin avtomatlaşdırılması və anbarın təşkili və. s

istehsalat

İstehsalat

Məhsul və istehsal proseslərinin idarə edilməsi, anbarın təşkili və keyfiyyətə nəzarət və. s

logistika 293x181

Logistika və Təchizat

Avadanlıqların çatdırılması, monitorinqi, anbar idarəçiliyi və tranzit nəzarəti və. s

316323c74189c21eee2ef9cf97a03647

Turizm və Otel

Otel rezervasiyaları, məlumatların monitorinqı və müştəri sorğularının cavablandırılmas və. s

proekt

Layihələrin idarə edilməsi

Layihənin planlaşdırılması, təşkili, monitorinqi, tərtibatının nəzarəti...

8560d1d81b643bdf8ce653d6063e2492

Sağlamlıq Xidmətləri

Xəstələrin qeydiyyatı, sağlamlıq qaydalarının tətbiqi və xəstələrin idarə edilməsi və. s

1659105016 ede46be3 487e 39f3 abc3 72a585b26f17 850

Təhsil və Təlim

Tələbə məlumatlarının idarə edilməsi, təlim tədbirlərinin planlaşdırılması və. s

NewHome 293x180

Əmlak və Mülkiyyət

Əmlakın alqı-satqısı və icarə proseslərinin idarə edilməsi və. s

ERP modulları ilə tanışlıq

ERP modulları, müxtəlif iş sahələrində fərqli prosesləri idarə etməyə kömək edir

CRM

CRM sistemi, müştəri məlumatlarını bir araya toplayır, idarə edir və təhlil etməyə imkan verir. Bu məlumatlar, müştəri təmaslarını, tarixçəsini, satışlarını, təyinatlarını, təklif və şikayətlərini əhatə edir. Əsas məqsəd, müştəri təcrübəsini yaxşılaşdırmaq, müştərilərin tələblərinə effektiv şəkildə cavab vermək və müştəri reallığını artırmaqdır.

Anbar

Anbarda saxlanılan malların idarəedilməsi və saxlanılması bir şirkətin günlük fəaliyyətlərində əsaslı rol oynayan vacib bir prosesdir. Bu proses, anbardakı məhsulların effektiv şəkildə qəbul edilməsini, saxlanılmasını, idarəedilməsini, çıxarılmasını və nəhayət tələb və tədarük planlaması ilə əlaqələndirilməsini əhatə edir.

Alış

Şirkətin sifariş proseslərini avtomatlaşdırmağa, məhsul tədarükü və alış sənədlərinin idarə edilməsini effektiv şəkildə təşkil etməyə və stokları optimal şəkildə saxlamağa imkan verir. Alış modulu, şirkətin alışı və təhlilini təkmilləşdirərək tədarükçülərlə daha yaxşı əlaqələr qurmağa və alış əməliyyatlarının nəzarətini artırmağa kömək edir.

Layihə

Layihə konsepti, bir şirkətin müəyyən bir vaxt aralığında həyata keçiriləcək işlərin icrası və təşkilini təmin edir. Şirkətlər üçün müxtəlif sahələrdəki layihələrin idarə edilməsini və izlənməsini imkan verir. Modulun daxilində Layihə növü, Fəaliyyət növü, Fəaliyyət xərci, Layihə yeniləməsi və sair əməliyyatlar yer alır.

Satış

Burada əsas funksiyalar Müştəri məlumatları, Sifarişlərin qəbulu, Qiymətləndirmə və təkliflər, Sifarişlərin icrası, Satış hesabatları və ödənişlər, Müştəri münasibətlərinin idarəetməsidir. Bu modul, əməkdaşların tələblərinə cavab verən məlumatları əldə etməsinə, əməliyyatları sürətli və səhvsiz və maliyyəli nəzarətin artırılmasına imkan verir.

Texniki dəstək (Support)

Texniki dəstək, müştərilər, təşkilatlar və iş sahibləri üçün əsasən texnologiya infrastrukturunun düzgün işləməsinin və problemsiz fəaliyyətinin təmin edilməsini təmin edir. Burada Təchizat Problemlərinin Həll Edilməsi, Uzaqdan Kömək, Müraciətlərin İzlənməsi, Təlimat və Tədris, Problemlərin həlli kimi əməliyyatlar mövcuddur.

Onlayn Satış

ERP sistemləri, onlayn satış funksiyalarını daxil edərək şirkətlərə vahid bir platformda sifariş idarəetmə, inventarın izlənməsi və müştəri təcrübəsinin təkmilləşdirilməsinə imkan verir. Bu, şirkətlərin onlayn satış proseslərini daha effektiv və effektiv idarə etmələrinə kömək edir. Bu funksiyalar sayəsində sifarişlər, ödənişlər və inventar avtomatik olaraq tənzimlənir.

İnventar

"Inventar" modulu, bir şirkətin məhsullarını, materiallarını, vəsaitini və digər qiymətli obyektlərini effektiv şəkildə idarə etmək üçün istifadə edilən bir informasiya sistemi hissəsidir. Bu modul, şirkətin varlıqlarının nəzərdən keçirilməsi, qeydiyyata alınması, izlənməsi və idarə edilməsi üçün təchiz olunur.

Mühasibatlıq

Maliyyə əməliyyatlarının, maliyyə sənədlərinin, təhlili və hesabatları idarə etmək üçün təmin edilmiş moduldur. Buraya Mədaxil və Məxaric əməliyyatları, Cari hesablar, Rüsumlar, Maliyyə cədvəlləri, Məhsul və xidmətlərin qiymətləndirilməsi və Mühasibat auditi daxildir. Modul şirkətin bütün maliyyə fəaliyyətini sistematik şəkildə idarəetməsini təşkil edir.

İnsan Resursları (HR)

Bu modul, şirkətin işçilərini effektiv şəkildə idarə etməyə, işə götürmə proseslərini avtomatlaşdırmağa, maaş hesabatlarını sürətli və səhvə yol verilməməsinə və işçi performansının izlənməsinə imkan verir. Həmçinin, işçi təminatı və tədbirlər üçün maliyyələşdirməni asanlaşdırır və işçilərin təşkilat içindəki rəqabət üstünlüyünü artırmağa kömək edir.

İstehsal

Modul, məhsul istehsalat proseslərini tənzimləməyə və şirkətin istehsalat proseslərini təkmilləşdirməyə imkan verir. Burada əsas “Bill of Materials” (BOM) təminatı, Məhsul prosessləri və emal, Məhsul təyinatı, İstehsalat hesabatları və sair funksiyalar mövcuddur. Bu şirkətin məhsul və xidmətlərinin tədarük edilməsi üçün təmin edilmiş moduldur.

Keyfiyyətə nəzarət

Məhsul və xidmətlərin təhlükəsizlik, effektivlik və funksionallıq kimi keyfiyyət standartlarına uyğun olub-olmadığını qiymətləndirmək üçün məlumat toplamağa imkan verir. Modul, müştərilər tərəfindən tələb edilən standartlara uyğun məhsul və xidmətlərin təmin edilməsi üçün tədbirləri və prosesləri tənzimləyir.

Pos (Kassa)

Burada məhsulların izləməsindən, hesablama və hesabat işlərinə qədər hər şey tənzimlənir. Məhsul idarəetməsi, Məhsul satışı,Qəbz və Ödəniş növləri kimi əməliyyatlar yer alır. Təhlükəsizliyi təmin edir və iş proseslərini tənzimləyərək resursların effektiv istifadəsini və planlamasını optimallaşdırır.

Əmək haqqı

İşçi məlumatlarının qeydiyyatdan keçirilməsini, əmək haqqı hesabatlarının avtomatik olaraq hazırlanmasını, ödəniş proseslərinin monitorinqini və digər əmək haqqı ilə bağlı iş proseslərinin effektiv idarə edilməsini təmin edir. Bu sayədə işverənlər və işçilər arasında münasibətlər səmərəli şəkildə idarə olunur və maliyyə prosesləri daha şəffaf hala gəlir.

Mövzu ilə əlaqədar suallarınız varsa və ya təklif almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Haqqımızda

Şirkətimiz 2011-ci ildə veb saytlarının yaradılması və veb dizayn sahəsində fəaliyyətə başlamışdır. 2021-ci ildən isə proqramlaşdırma və ERP sistemləri sahəsində xidmətlərimizi davam etdiririk. Qısa müddət ərzində, bir çox şirkət üçün əhəmiyyətli olan ERP xidmətimiz öz mövqeyini tapmışdır. Bu, böyük bir nailiyyətimizdir və biz, əldə etdiyimiz təcrübə və mütəxəssisliklə, bu nailiyyətin davamlılığını qoruyacağımıza inanırıq.

Ardını oxu...

Bizimlə əlaqə

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 277

+994 12 563 41 15 / 16 / 17 

+994 70 516 48 30

info@innoa.az

Təqdimat