-
Şirkətin yaradılması
Şirkətimiz 2011-ci ildə veb saytların yaradılması, veb proqramlaşdırma və veb dizayn sahəsində fəaliyyətə başlamışdır. İNNOA MMC olaraq, müştərilərimizin sərbəst tələblərinə cavab vermək üçün kreativ platformalar üzərində işləməkdən məmnuniyyət duyuruq. E-ticarət veb saytları, korporativ portallar və digər bir çox veb həllərimizlə müştərilərimizin strateji məqsədlərini həyata keçirmişik və keçirməkdə davam edirik.
20 Aprel 2011
-
İstənilən məkandan onlayn dərslərə qoşulun
İNNOA MMC olaraq, hər kəsin marağına və hədəfinə uyğun şirkətimiz tərəfindən onlayn dərs keçmək imkanı yaradırdı. Şirkətimiz onlayn dərslərə xarici mütəxəssisləri cəlb edərək onların tədris və təlim proqramlarına daxil etməklə təhsil keyfiyyətini artırmağa çalışırlar. Bu, tələbələrə müxtəlif dil və məzmun perspektivlərini təqdim edərək tədris proqramlarını daha müstəqil və zəngin edir.
2011 - 2013
-
Şirkətin veb sayt üzrə fəaliyyəti
Müştərilərə yüksək keyfiyyətli və inkişaf etmiş veb həlləri təqdim edərək veb dünyasında fəaliyyətimizi uğurla davam etdirmişik.
İNNOA MMC şirkəti olaraq, müştərilərimizin hər birinin fərqli tələblərini anlayıb və onları tənzimləmək üçün əməkdaşlıq etməyə diqqət yetirmişik.
Bu illər ərzində müştərilərimizin iş proseslərini anlamaq və onları optimal şəkildə icra etmək üçün xüsusiyyətlərə və istəklərə əsaslanaraq 100 dən çox veb saytlar və dizaynlar yaratmışıq.2011-2018
-
Proqram təminatı
Şirkətimiz fəaliyyət sahəsini genişləndirərək proqram təminatı sahəsində də fəaliyyət göstərməyə başlamışdır. Bizim üçün əsas olan məqsəd, müştərilərimizin iş proseslərini sürətləndirmək, effektivliyi artırmaq və müasir texnologiyalardan tam məqsədəuyğun istifadə etmələrini təmin etməkdir.
2019-2020
-
ERP sistemi
Şirkətimiz, İnteqrasiya Edilmiş İdarəetmə Sistemi (ERP) vasitəsilə əməkdaşlarımızın və müştərilərimizin iş proseslərini daha effektiv və tənzimlənmiş şəkildə idarə etməyə nail olur. Bu sistem, bizə bütün departamentlərin və funksiyaların bir araya gəldiyi bir platform təmin edir, beləliklə işlərimizi daha səmərəli və koordinasiyalı bir şəkildə həyata keçirmək mümkün olur.
2021-dən indiyədək
Vizyonumuz və Missiyamız
İş proseslərini dəyişdirən innovativ texnologiyalarla müştərilərimizin uğurunu dəstəkləmək.
Biz, müştərilərimizin biznes tələblərinə uyğun və təhlükəsiz ERP həlləri təmin edərək onların inkişafını dəstəkləyirik.

Mövzu ilə əlaqədar suallarınız varsa və ya təklif almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Haqqımızda
Şirkətimiz 2011-ci ildə veb saytlarının yaradılması və veb dizayn sahəsində fəaliyyətə başlamışdır. 2021-ci ildən isə proqramlaşdırma və ERP sistemləri sahəsində xidmətlərimizi davam etdiririk. Qısa müddət ərzində, bir çox şirkət üçün əhəmiyyətli olan ERP xidmətimiz öz mövqeyini tapmışdır. Bu, böyük bir nailiyyətimizdir və biz, əldə etdiyimiz təcrübə və mütəxəssisliklə, bu nailiyyətin davamlılığını qoruyacağımıza inanırıq.
Bizimlə əlaqə
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 277
+994 12 563 41 15 / 16 / 17
+994 70 516 48 30