Mühasibatlıq Modulu

Biznes üçün maliyyə hesabatlarının və maliyyə məlumatlarının tənzimlənməsini təmin edir.

Təklif al

crm page slider

Mühasibatlıq nə üçün lazımdır?

Mühasibatlıq modulu, biznes üçün ən əsas maliyyə və hesabat proseslərinin idarə edilməsini təmin edən əhəmiyyətli bir alətdir. Bu modul, birdən çox şirkətin hesabatlarını birbaşa bir platformada birləşdirmək imkanı yaratır. Fərqli şirkətlərin müxtəlif maliyyə tələbatlarını qarşılayaraq, hər biri üçün özünə məxsus hesabat strukturları və maliyyə kitabları təyin etmək imkanı verir.

Mühasibat modulu ayrıca, xərcmərkəzləri və layihələr üzrə ayrı-ayrı hesabat aparılmasını da dəstəkləyir. Bu, biznes təyinatlı hesabat və maliyyə idarəetməsində böyük rahatlıq təmin edir. Modul, əhəmiyyətli maliyyə məlumatlarını asanlaşdırmağa və tənzimləməyə kömək edir ki, bu da biznesin daha effektiv və düzgün maliyyə idarəçiliyini təmin edir. Ən nəzərə çarpıcı əsas funksiyalarından biridə, biznesin öz hesabat proseslərini tənzimləyə, nəzarət edə və hesabat verə biləcəkləri və ənənəvi olmayan maliyyə işləri üçün daha təhlükəsiz və düzgün bir infrastuktur yaratmağa kömək edən mühasibatlıq üçün əhəmiyyətli bir alət təmin etməsidir.

Mühasibat uçotunun əsas funksiyaları

Bu funksiyalar mühasibatlığın əsas hissəsini təşkil edir və təşkilatların maliyyə vəziyyətini idarə etmək üçün əsaslı rol oynayır

Büdcə

Sistemdə verilmiş büdcə bölməsində siz müəssisənin bütün layihələri üçün ayrı-ayrılıqda müəyyən bir miqdarda məbləğin ayırmağınıza köməklik edir. Bu ayrılmış məbləğdən kənarlaşma baş verdikdə sistem tərəfindən icazə verilmir. Bütün bunlar layihəyə ayrılan büdcənin nəzarəti və idarə edilməsində əhəmiyyətli rol oynayır.

Sınaq Balansı

Sistemdə göstərilmiş sınaq balansı müəssisədə bir dövr ərzində hansı proseslər baş vermişdir aydın olaraq bizə göstərir. Üstünlük olaraq bunuda qeyd etmək lazımdır ki, tək müəssisənin deyil, bütün layihələrinində ayrı-ayrılıqda sınaq balansını tərtib etmək olur.

İdarəetmə Paneli

İdarəetmə Paneli sizin üçün bir ekran üzərindən müəssisənin müəyyən dövr ərzində daxil olan və xaric olan fakturaların və mədaxil və məxaric olunmuş ödənişlərin cəmini göstərir.
Bu alət, müəssisə rəhbərinin daha yaxşı qərarlar verməsini, riskləri idarə etməsini, performansı nəzarət altında saxlamağını və müştərilərə daha yaxşı xidmət verməsini təmin edir.

Jurnal qeydi

Avtomatlaşdırılmış sistemdən kənar görülə biləcək bütün maliyyə dəyişikliyinin əl ilə əməliyyatlarının işlənə biləcəyi bir bölümdür. Buradan bütün müxabirləşmələrin əl ilə daxil olunması yəni bütün hesabların qarşılıqlı bağlanması özünü göstərir.Mühasiblərin dilində dətək  hesabları yaranır.

Ödəniş girişləri

Bu sistem, fərqli departamentlər və funksiyalar arasında məlumatların sahə içində asanlıqla paylaşılmasını və dəyişdirilməsini təmin edir. Ödənişlərlə bağlı bank sistemlərinə inteqrasiya olunan ERP, işləri daha təhlükəsiz, effektiv və rəqabətə uyğun aparır. Buradan siz bütün vergi, bank və.s dövlət orqanlarının səhifələrinə sistem üzərindən birbaşa çıxışı mövcuddur.

Müştəri kredit balansı

Müştərilər maksimum olaraq onlar üçün təyin olunmuş limitə qədər borc götürə biləcəkdir. Bundan artıq olduğu təqdirdə sistem prosesin təsdiqinə icazə verməyəcək. Belə olduğu halda müştəri yeni müraciətinə baxılsın deyə öz ödənişlərinə nəzarət edəcək və müəssisədə ödənişləri çox gözləməli olmayacaqdır. Bu proses hər bir rəhbər şəxs üçün önəmli olaraq gündəmdə qalır.

Debitor və Kreditor borclar

Ödənişin tam vaxtında və ya təyin edilmiş tarixdə həyata keçirilməməsi, gecikmiş ödənişlər və ya təxirə salınmış ödənişlər, debitor və kreditor borclarının idarə edilməsində əhəmiyyətli məsələlərdir. Sistem bizə imkan verir ki, biz istər debitor istərsədə kreditor borclarımızın hansı müddətdən götürüldüyünü görə bilək.

Birdən çox şirkətin idarə edilməsi

Mühasibat modulu, birdən çox şirkət üçün maliyyə hesabatlarını tənzimləmə və idarə etmə imkanı təqdim edir. Bu, hər bir şirkətin özünəməxsus maliyyə hesabatlarını saxlamağa və tənzimləməyə imkan verir.

Xərc mərkəzlər və layihələr üzrə mühasibatlıq

Modul, fərqli xərcmərkəzləri və layihələr üzrə ayrı-ayrı mühasibat aparılmasına imkan verir. Bu, biznesin təyinatlı hesabatları və xərcləri daha tənzimlənmiş və sistematik şəkildə idarə etməsinə imkan verir.



Təklif al

Maliyyə Hesabatları modulu aşağıdakı maliyyə hesabat funksiyalarını təmin edir:

  • Sınaq Balansı (Trial Balance): sınaq balansı funksiyası, biznesin əsas hesablarının məlumatlarını birləşdirir və hər hansı bir səhvliyi aşkar etməyə kömək edir. Bu, aktiv və passiv hesabların bir neçə əvvəlki və ya dövr sonu hesabat dövrüyyələrinin cəmlənməsinə əsaslanır;
  • Gəlir və Zərər Hesabatı (Profit and Loss Statement): gəlir və zərər hesabatı funksiyası, biznesin müəyyən dövr üçün gəlir və xərclərini tənzimləyir və həmçinin mühasibat hərəkətlərinin nəticəsini təyin etmək üçün istifadə edilir;
  • Balans Hesabatı (Balance Sheet): balans hesabatı funksiyası, biznesin müəyyən tarixdəki aktiv və passiv hesablarını təsvir edir. Bu hesabat, biznesin maliyyə vəziyyətini təyin etmək, uzun və qısa müddətli özünəməxsus və qarşı-alğanlıq məsələlərini müəyyənləşdirmək üçün əhəmiyyətli məlumatlar təmin edir;
  • Nəğd Qazanc və Zərər Hesabatı (Cash Flow Statement): nəğd qazanc və zərər hesabatı funksiyası, bir müddət müəyyən dövrü üçün gəlir və xərclərin nağd əsasında necə tənzimləndiyini göstərir. Bu, biznesin qazancını və zərərini müəyyənləşdirmək və maliyyə çətinliklərini müəyyən etmək üçün istifadə edilir.

Bu maliyyə hesabatları, biznesin maliyyə və hesabat proseslərini daha effektiv nəzarət etmək və təhlil etmək üçün əsas məlumatları təmin edir.

  • Müştəri Qarşılanması (Accounts Receivable): müştərilərdən alınmış və ödənilməmiş olan məbləği göstərir. Bu funksiya, müştərilərin borclarını izləmək və gecikmiş ödəmələri nəzərdən keçirmək üçün əhəmiyyətli olaraq istifadə edilir;
  • Təchizatçı Borcları (Accounts Payable): müəssisənin təchizatçılara olan borclarını izləmək üçün istifadə edilir. Bu, təchizatçılara olan ödənişləri tənzimləmək və gecikmiş ödəmələri müəyyənləşdirmək üçün əhəmiyyətlidir;
  • Jurnal Qeyd (Journal Entry): əməliyyatların təyinat hesabları arasında keçidini qeyd etmək üçün istifadə edilir. Bu funksiya, işletmənin əməliyyatlarını dəqiq şəkildə izləmək və maliyyə məlumatlarını düzgün qeyd etmək üçün əhəmiyyətlidir;
  • Ümumi Əsas Hesabat (General Ledger): bütün hesabatları birləşdirir və müəssisənin maliyyə durumunu əks etdirir. Bu, biznesin bütün hesabatlarını ümumi bir platformada toplamağa imkan verir;
  • Müştəri Hesabından Çıxarış Xülasəsi (Customer Ledger Summary): müştəri hesabatlarının əsas məlumatlarını və müəssisələrə olan məbləği göstərir. Bu, müştəri hesabatlarının nəzarət altında saxlanılmasını və ödənişlərin izlənməsini təmin edir;
  • Təchizatçı Hesabından Çıxarış Xülasəsi (Supplier Ledger Summary): təchizatçı hesabatlarının məlumatlarını və onlara olan borcu təsvir edir. Bu funksiya, təchizatçı hesabatlarını nəzarət altında saxlamağa imkan verir;
  • Ödəniş Qeydiyyatı (Payment Entry): müştərilərdən alınan ödənişləri və təchizatçılara edilən ödənişləri dəqiq şəkildə tənzimləməyə kömək edir. Bu, ödəniş prosesini və maliyyə məlumatlarını tənzimləməyə və izləməyə imkan verir;
  • Çoxlu Valyuta (Multi Currency): biznesin fərqli valyutalarda hesabat aparmağını və maliyyə məlumatlarını idarə etməsini təmin edir. Bu, beynəlxalq əməliyyatlarda valyuta dəyişikliklərinin qeyd edilməsini və valyuta məzənnələrinin idarə edilməsini dəstəkləyir;
  • Valyuta Mübadiləsi (Currency Exchange): fərqli valyutalarda əməliyyatların və hesabatların aparmağını təmin edir. Bu funksiya, müəssisələrə valyuta ilə əməliyyatlarını daha dəqiq idarə etmək və mübadilə məzənnələrini izləmək imkanı verir;
  • Məzənnənin Yenidən Qiymətləndirməsi (Exchange Rate Revaluation): məzənnə yenidən qiymətləndirməsi funksiyası, fərqli valyuta məzənnələrindəki dəyişikliklərin nəticəsində ortaya çıxan dəyişiklikləri hesabatlayır. Bu, müəssisənin valyuta qiymətlərindəki dəyişiklikləri izləməsini və hesabatlarını aktual həddə uyğunlaşdırmasını təmin edir.

CRM

Müştəri bazasının yaradılması və idarə edilməsi

Alış

Təchizat tələblərinin yaradılması və alış əməliyyatlarının aparılması

Satış

Sifarişlərin qəbul edilməsi və satış proseslərinin idarə edilməsi

Onlayn Satış

Sistem vasitəsi ilə onlayn satışların aparılması

Pos (Kassa)

Kassa əməliyyatlarının aparılması

Mühasibatlıq

Maliyyə və hesabat proseslərinin idarə edilməsi

Anbar

Malların effektiv şəkildə saxlanılması və idarə edilməsi

İnventar

Mülkiyyətdə olan sabit aktivlərin idarə edilməsi

İnsan Resursları (HR)

İşçi heyyətinin qurulması və idarə edilməsi

Əmək haqqı

Əmək haqqı qaydaları və əsasə göstərici amilləri

Layihə

Layihələrin planlaşdırılması və idarə edilməsi

İstehsal

İstehsal proseslərinin ardıcıl qaydalarla idarə edilməsi

Keyfiyyətə nəzarət

Məhsulun keyfiyyətə nəzarətin yoxlanılması və idarə edilməsi

Texniki dəstək (Support)

Sorğu növlərinin texniki qulluğu və idarə edilməsi

Yeni modullar

İstəyinizə uyğun yeni modulların yaradılması

Mövzu ilə əlaqədar suallarınız varsa və ya təklif almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Haqqımızda

Şirkətimiz 2011-ci ildə veb saytlarının yaradılması və veb dizayn sahəsində fəaliyyətə başlamışdır. 2021-ci ildən isə proqramlaşdırma və ERP sistemləri sahəsində xidmətlərimizi davam etdiririk. Qısa müddət ərzində, bir çox şirkət üçün əhəmiyyətli olan ERP xidmətimiz öz mövqeyini tapmışdır. Bu, böyük bir nailiyyətimizdir və biz, əldə etdiyimiz təcrübə və mütəxəssisliklə, bu nailiyyətin davamlılığını qoruyacağımıza inanırıq.

Ardını oxu...

Bizimlə əlaqə

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 277

+994 12 563 41 15 / 16 / 17 

+994 70 516 48 30

info@innoa.az

Təqdimat