İnventar İdarəetməsini Effektivləşdirin

İnventar modulu ilə daimi varlıqlarınızın effektiv idarəsini təmin edin və investisiyalarınızı daha yaxşı nəzarət altında saxlayın

Təklif al

crm page slider

İnventar modulu nədir və nəyə lazımdır?

EPR sisteminin bir modulu da "İnventar modulu" (Sabit Aktivlər) modulu olaraq adlandırılır. Bu modul, şirkətinizin mülkiyyətində olan sabit aktivləri, onların qeydini, idarə edilməsini və hesabatını təmin edir. Sabit aktivlər, məsələn, əmlak, avadanlıqlar, maşınlar və digər daimi varlıqlar kimi dəyərləndirilən və uzun müddətli istifadə üçün nəzərdə tutulan varlıqlardır.

İnventar modulu vasitəsilə şirkətinizin sahib olduğu bütün sabit aktivləri sistematik şəkildə idarə etmək, onların əldə edilməsi, istifadəsi, tamiri, sərfiyyatı, dəyərləndirilməsi və amortizasiyası ilə bağlı məlumatları saxlamaq mümkündür. Bu modul aynı zamanda aktivlərin inventarizasiya edilməsi, deyərləndirilməsi və lizinqlənməsi proseslərini də dəstəkləyir.

İnventar modulunun əsas funksiyaları

İnventar kateqoriyası

Hər bir kateqoriyada amortizasiya seçimləri, qaydaları və hesabları tənzimlənir. Ola bilər ki, bəzi kateqoriyalarda amortizasiya lazım olmasın və bəzilərində amortizasiya normaları fərqli olaraq tələb olunsun.

Məkan

Hər bir inventarı özünəməxsus bir məkanda effektiv şəkildə yerləşdirməyə və monitorinq etməyə kömək edir. Məkan bazası ilə inventarlarınızı daha tənzimlənmiş və nəzarət altında saxlayın.Şirkətin ofisləri, sexləri və ya obyektləri məkan olaraq göstərilə bilir. 

İnventarın mülkiyyəti

Bizə aid və başqa təchizatçıya aid olduğunu sistemdə tənzimləyə bilərik (məsələn bir avadanlığı icarəyə götürəndə).

İnventarın satınalması

Təfərrüatı alış məbləğı, istismara verilmə tarixi, faktura, amortizasiya hesablanması və hazırki köhnəlmə dəyəri və qalıq dəyəni göstərilə bilir.

İnvenatara texniki qulluq

Texniki qulluq tələb olunursa, o zaman sistem vasitəsi ilə həyata keçirilir. Buna görə texniki qulluq komandası, komanda meneceri təyin olunur və inventarın baxım jurnalı hansı tarixdə və aralıqda baxım (məsələn rüblük dövründə yağ dəyişməsinin nəzarəti) keçirilə bilər, bu da həmin tapşırıqlar işçilərin “gündəlik” görülməsi işlərin sisteminə düşür.

İnventarın hərəkəti

Tranzaksiya tarixi, məmbə, məkan, yer dəyişmə əməliyyatı, o cümlədən hansı məkandan hansı “cavabdeh” şəxsə və hansı məkana yerdəyişməsi sistemdə qeyd olunur.
Hər bir inventarı, lazımı zaman, satmaq imkanı, istifadəyə yararsız halda silinmə və lazımı zamanda yenidən qiymətləndirilməsi vardır.

İnventar servisi

Sistemdə qeyd oluna bilər, o cümlədən servis tarixi, təmir dəyəri, göstərilmiş servisin tam təsviri, çəkilən xərclər, fakturalar və s.

İnventarın amortizasiya

İnventar modulumuz, inventarların amortizasiyasını asanlaşdıraraq, daimi varlıqlarınızın dəyər itkisinin daha effektiv nəzarət olunmasına imkan verir.

İnventara cavabdeh şəxs

İnventar modulu, hər bir inventarın cəvabdeh şəxsi və onunla əlaqəli məlumatları təhlil edərək, sərbəst vəziyyətini daima nəzarət altında saxlamağınıza kömək edir.



Təklif al

 

İNVENTAR “Qeyri Maddi Aktivlər, Əsas Vəsaitlər və şirkətin avadanlıqları ” -nın idarə edilməsi moduludur.

  • İnventarların kateqoriyaları və hər bir kateqoriyada amortizasiya seçimləri, qaydaları və hesabları tənzimlənir. Ola bilər ki, bəzi kateqoriyalarda amortizasiya lazım olmasın və bəzilərində amortizasiya normaları fərqli olaraq tələb olunsun;
  • Məkan hissəsində, şirkətin ofisləri, sexləri və ya obyektləri məkan olaraq göstərilə bilir. Məsələn GOOGLE xəritəsində həmin məkanlar məkan olaraq qeyd olunur və göstərilir və bundan əlavə məkanlar alt qruplara bölünə bilir - ölkə, rayon və bölgə üzrə. Bundan da əlavə şirkət öz obyektlərini məkan olaraq bölə bilir;
  • İnventarları yaradanda, hər bir inventarın bütün məlumatlarını qeyd edə bilərik (Adı, Kodu, Kateqoriyasi, Məkanı, Cavabdeh şəxs, şöbəsi və s.);
  • İnventarın mülkiyyəti hissəsində bizə aid və başqa təchizatçıya aid olduğunu sistemdə tənzimləyə bilərik (məsələn bir avadanlığı icarəyə götürəndə);
  • İnventarın satınalma hissəsində təfərrüatı alış məbləğı, istismara verilmə tarixi, faktura, amortizasiya hesablanması və hazırki köhnəlmə dəyəri və qalıq dəyəni göstərilə bilir;
  • İnvenatarın texniki qulluq hissəsində texniki qulluq tələb olunursa, o zaman sistem vasitəsi ilə həyata keçirilir. Buna görə texniki qulluq komandası, komanda meneceri təyin olunur və inventarın baxım jurnalı hansı tarixdə və aralıqda baxım (məsələn rüblük dövründə yağ dəyişməsinin nəzarəti) keçirilə bilər, bu da həmin tapşırıqlar işçilərin “gündəlik” görülməsi işlərin sisteminə düşür;
  • İnventar şəkili hissəsində hər bir inventarın şəkili və ya şəkilləri sistemdə əlavə olunur. İnventarın hərəkəti zamanı (təhvil verən və alan şəxslərin telefonla şəkil çəkməsi sistemdə mümkündür (sübüt kimi);
  • İnventarın hərəkətində tranzaksiya tarixi, məmbə, məkan, yer dəyişmə əməliyyatı, o cümlədən hansı məkandan hansı “cavabdeh” şəxsə və hansı məkana yerdəyişməsi sistemdə qeyd olunur;
  • Hər bir inventarı, lazımı zaman, satmaq imkanı, istifadəyə yararsız halda silinmə və lazımı zamanda yenidən qiymətləndirilməsi vardır;
  • İnventar servisi sistemdə qeyd oluna bilər, o cümlədən servis tarixi, təmir dəyəri, göstərilmiş servisin tam təsviri, çəkilən xərclər, fakturalar və s.;
  • İnventar kapitallaşdırılmasında İnventar qalıq və ilkin dəyərinin qiymətini artırma imkanı vardır.

 Hesabatlar və İdarə paneli

Bütün məlumatları sistemə daxil etdikdə hazır “Hesabat” formaları ala bilərik və ya müştərinin istəyinə görə “Xüsusi Hesabat” formasını təqdim edə bilərik.

Amortizasiyanın hesablanma metodları

İnventar daxilində, varlıqların idarə edilməsi üçün bir neçə amortizasiya metodundan istifadə edə bilərsiniz:

  • Düz xətt metodu: Amortizasiya oluna bilən məbləğ aktivin faydalı istifadə müddəti ərzində bərabər hissələrlə hesablanır. (Bu üsulla, uzunmüddətli  aktivin xalis balans dəyəri vaxt keçdikcə sabit templə və ya düz xətt metodu üzrə azalır.) Düz xətt amortizasiya metodu uzunmüddətli aktivin tam amortizasiya oluna bilən məbləğinin hesabat dövrləri üzrə bərabər şəkildə paylanılması üçün istifadə olunur və bunun əsasında təxmin edilə bilər ki, müəssisə aktivin faydalı istifadə müddəti boyunca hər hesabat dövrü üzrə aktivdən eyni məbləğdə və şəkildə yararlanır. Buna misal olaraq, mühasibatlıq şöbəsində istifadə edilən rəfləri (mebel və avadanlıqları) ğöstərmək olar;
  • Azalan qalıq metodu: Azalan qalıq amortizasiya metodunun tətbiqi zamanı hesabat dövrü üzrə amortizasiya keçən dövrün sonuna olan aktivin xalis balans dəyərinin müəyyən faiz dərəcəsi ilə hesablanır;
  • Əl ilə hesablama: bu metodla, əvvəlcə sistem tərəfindən amortizasiya qrafiki yaradılır və sonra istənilən dövr üçün gecikmə tarixlərini və amortizasiya miqdarlarını öz tələblərinizə uyğun dəyişdirə bilərsiniz. 

Amortizasiya hesablanma metodları, daimi varlıqların dəyər itkisi hesablanarkən istifadə olunan fərqli yolları təmsil edir. 

CRM

Müştəri bazasının yaradılması və idarə edilməsi

Alış

Təchizat tələblərinin yaradılması və alış əməliyyatlarının aparılması

Satış

Sifarişlərin qəbul edilməsi və satış proseslərinin idarə edilməsi

Onlayn Satış

Sistem vasitəsi ilə onlayn satışların aparılması

Pos (Kassa)

Kassa əməliyyatlarının aparılması

Mühasibatlıq

Maliyyə və hesabat proseslərinin idarə edilməsi

Anbar

Malların effektiv şəkildə saxlanılması və idarə edilməsi

İnventar

Mülkiyyətdə olan sabit aktivlərin idarə edilməsi

İnsan Resursları (HR)

İşçi heyyətinin qurulması və idarə edilməsi

Əmək haqqı

Əmək haqqı qaydaları və əsasə göstərici amilləri

Layihə

Layihələrin planlaşdırılması və idarə edilməsi

İstehsal

İstehsal proseslərinin ardıcıl qaydalarla idarə edilməsi

Keyfiyyətə nəzarət

Məhsulun keyfiyyətə nəzarətin yoxlanılması və idarə edilməsi

Texniki dəstək (Support)

Sorğu növlərinin texniki qulluğu və idarə edilməsi

Yeni modullar

İstəyinizə uyğun yeni modulların yaradılması

Mövzu ilə əlaqədar suallarınız varsa və ya təklif almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Haqqımızda

Şirkətimiz 2011-ci ildə veb saytlarının yaradılması və veb dizayn sahəsində fəaliyyətə başlamışdır. 2021-ci ildən isə proqramlaşdırma və ERP sistemləri sahəsində xidmətlərimizi davam etdiririk. Qısa müddət ərzində, bir çox şirkət üçün əhəmiyyətli olan ERP xidmətimiz öz mövqeyini tapmışdır. Bu, böyük bir nailiyyətimizdir və biz, əldə etdiyimiz təcrübə və mütəxəssisliklə, bu nailiyyətin davamlılığını qoruyacağımıza inanırıq.

Ardını oxu...

Bizimlə əlaqə

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 277

+994 12 563 41 15 / 16 / 17 

+994 70 516 48 30

info@innoa.az

Təqdimat