İkili ölçü vahidləri ilə anbara malların daxil edilməsi

Anbarda malların düzgün idarə edilməsi və hesabat üçün ikili ölçü vahidlərinin yaradılması, hər bir şirkətin effektiv və şəffaflığını artırmağa kömək edir.

Bu məsələdə, şirkətin ton ilə alınan mallarını və bu malların kisələrlə daxil edilməsini nəzərə alaraq, ikili ölçü vahidlərinin əhəmiyyətini vurğulayacağıq.

Əsasən, ikili ölçü vahidi, müəssisənin hər hansı məhsulunu ton vahidi ilə alsa belə, anbarda saxladığı və satışa çıxardığı zaman daha ətraflı və dəqiq hesabat vermək üçün təyin etdiyi ikinci bir ölçüdür. Buna nümunə üçün, şəkər tozu alarkən, fərqli ölçülərdə daxil etmək üçün mümkün olan kisələr və onların ağırlığı ilə yanaşı, məhsulu müəssisə içində əhatə edən məhsul qruplarına uyğun bölünməsinə kömək edir.

Buna misal olaraq , müəssisə bir ton ŞƏKƏR TOZU alır və bu məhsulu fərqli ölçülərdə (15 kisə x 50 kq = 750 kq, 40 kisə x 5 kq = 200 kq, 5 kisə x 10 kq = 50 kq) şəklində anbara daxil edir.

Biz daxil etdiyimiz ŞƏKƏR TOZU-nu qrup olaraq tanımalıyıq. Əlavə olaraq: Şəkər tozu 50 kq, Şəkər tozu 5 kq, Şəkər tozu 10 kq məhsul adları yaratmalıyıq.

Sistemə məhsulumuzun Partiyası və Seriya nömrəsi, bundan əlavə olaraq məhsulun zəmanət müddətini və məhsulun istifadəyə yararlılıq tarixinidə daxil edə bilərik.

Bu, məhsulları daha effektiv idarə etmək və hesabat vaxtı ətraflı məlumat əldə etmək üçün şirkətə imkan verir.

Hesabat vaxtı, istifadəçi ŞƏKƏR TOZU məhsul qrupunu seçərək, ümumi qalıq miqdarını görə bilər və yaxud əgər kisə sayları əsasında hesabat təqdim edilirsə, hər bir məhsul adına uyğun olaraq hesabat aparılmalıdır.

Bu, anbar və məhsul idarəsi üçün daha səmərəli və detallı bir sistem təmin edir, şirkətinizin operativ effektivliyini artırmağa kömək edir.

Mövzu ilə əlaqədar suallarınız varsa və ya təklif almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Haqqımızda

Şirkətimiz 2011-ci ildə veb saytlarının yaradılması və veb dizayn sahəsində fəaliyyətə başlamışdır. 2021-ci ildən isə proqramlaşdırma və ERP sistemləri sahəsində xidmətlərimizi davam etdiririk. Qısa müddət ərzində, bir çox şirkət üçün əhəmiyyətli olan ERP xidmətimiz öz mövqeyini tapmışdır. Bu, böyük bir nailiyyətimizdir və biz, əldə etdiyimiz təcrübə və mütəxəssisliklə, bu nailiyyətin davamlılığını qoruyacağımıza inanırıq.

Ardını oxu...

Bizimlə əlaqə

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 277

+994 12 563 41 15 / 16 / 17 

+994 70 516 48 30

info@innoa.az

Təqdimat